Tapmaca GÖRSƏN taparsan?

Çində yaşayan trioniksi gözəl adlandırmaq olmaz.

Jul 15, 2025 - 13:54
Tapmaca GÖRSƏN taparsan?

1. Meşə ziyanvericisi olan ipək baraması kəpənəyinin cütlüyü zahiri görünüşünə görə fərqlənir.

Bunların hansı erkəkdir?

2. Parlaq siyasi xadim və nəzəriyyəçi, hərbi mühəndis, mütəfəkkir Makiavellinin qəbri itirilib. Amma qəbirüstü abidəsi Florensiyada, Santa-Kroçe kilsəsində saxlanılıb. Abidənin üzərində ad əvəzinə nə yazılıb?

3. Şimal xalqları bu meşə heyvanının ətini yüksək qiymətləndirirlər: onu duzlayır, bozardır, qızardırlar... Onun dili xüsusi delikates sayılır.

    
4. 1998-ci ildə Rosariodan olan bir dəstə fanat yeni din yaradaraq, onu tanrı elan etdi.

5. Bu qeyri-adi adı pop kraliçası özünə təxəllüs kimi götürməyib, valideynlərindən “miras” alıb.

6. Bu tropik dəniz ilbizi digər ilbizləri və balıqları zəhərli qarmaqla ovlayır. Onun zəhəri insan üçün də təhlükəlidir.

7. Barselonanın baş küçələrindən biri belə geometrik ad daşıyır.

8. Ermənistanda 1988-ci ildə baş vermiş zəlzələdən sonra bu metal kilsə binası hansı şəhərdə quraşdırılıb?

9. Çində yaşayan trioniksi gözəl adlandırmaq olmaz. Güclü çənələr, uzun boyun və caynaqlı əlləri onu qorxunc yırtıcıya çevirir. Ağzına daxil olan hər şeyi yeyir – xərçəng, balıq, balaca quşlar. Bəs bu sürünən nədir?

10. Kaliforniyanın Milli parkında belə bir qəribə tunelin içərisindən keçmək olar.

  
11. Azadlıq heykəlinin başının nadir şəkli. XX əsrin əvvəlində haradan çəkilib?


  
Cavablar:

 1. Əlbəttə, gözəl olan – sarımtıl rəngli.

 2. “Belə ada layiq tərif yoxdur”.

 3. Sığın.

 4. Maradona. (Saatlarına bax...)

 5. Madonna.

 6. Konus.

 7. Diaqonal.

 8. Spitakda.

 9. Çanaqlı bağa.

 10. Sekvoya ağacı.

 11. Heykəlin əlində tutduğu məşəlin eyvanından.

A.ƏZİZ