“Bu milləti qiyamçı konstitusiyadan xilas edəcəyik” - Ərdoğan
“Bu milləti qiyamçı konstitusiyadan mütləq xilas edəcəyik”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“1982-ci il Konstitusiyası çevriliş dövrünün qalıqlarını daşıyır. Yeni konstitusiya bizə imkan verəcək ki, bu qalıqlardan xilas olaq və ölü torpağını üstümüzdən ataq”, - dövlət başçısı bildirib.
On hüquqşünası bu məsələ ilə bağlı vəzifələndirdiyini söyləyən Prezident Ərdoğan yeni Konstitusiyanın hazırlanması işinin başlayacağını və məsələ ilə əlaqədar digər partiyalarla da görüşməyə ümid etdiklərini dilə gətirib.
Oğuz