Selin apardığı Farik evin tək oğlu imiş - Toya hazırlaşırmış + VİDEO

“Birinci dəfə sürüşdü, güclə tutub çıxardıq. İkinci dəfə sürüşəndə çatdıra bilmədik…”

Apr 6, 2026 - 10:53
Selin apardığı Farik evin tək oğlu imiş - Toya hazırlaşırmış + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bunu Baku TV-yə Qusar rayonunun Gündüzqala kənd sakini Ramazan Xəncərov ötən gün 29 yaşlı Farik Rəsulovun seldə həlak olmasının təfərrüatlarını danışarkən bildirib. 

Onun sözlərinə görə, hadisə sakinlərin Quru çaya gələn seli seyr etməsi zamanı baş verib: “İki gündür çaya sel gəlir. Hamımız qıraqda dayanmışdıq, selə baxırdıq. Farik bir az qıraqda dayanmışdı, torpaq suyun içinə düşdü. O da onunla bir yerdə düşdü.

O qədər qaçdıq, ayaqyalın, bütün kənd qaçdı, amma çatdıra bilmədik. Su çox sürətli idi. Evin tək oğlu idi, subay idi. Toya hazırlaşırdı".

Daha ətraflı videomaterialda: