Şəmistan Nəzirli tədbirdə keçindi - Nəşi Bakıya gətirilir

Azərbaycan hərb tarixinə ağır itki üz verib.

Sep 20, 2025 - 13:54
Şəmistan Nəzirli tədbirdə keçindi - Nəşi Bakıya gətirilir

Tanınmış yazıçı, publisist, nasir, tərcüməçi, tədqiqatçı, polkovnik-leytenant Şəmistan Nəzirli bu gün səhər saatlarında Qazaxda ADA Universitetinin Qazax Tədris Mərkəzində keçirilən tədbirdə qəfil vəfat edib.

Şəmistan Nəzirlinin nəşi bu saatlarda Qazaxdan Bakıya yola salınır.

"Qazax" Xeyriyyə İctimai Birliyi və ailəsi tərəfindən Bakıda dəfn hazırlıqlarına başlanılıb. 

Dəfn yeri və saatı haqqında əlavə məlumat veriləcək. (oxu.az)