Sabah hava necə olacaq?

Oktyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Oct 1, 2026 - 15:17
Sabah hava necə olacaq?

SAVASHMEDİA.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüzdən arabir güclənəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 60-70 % təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, axşam yağıntıların güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.