SEPAH Naxçıvana hücumu boynuna aldı, Bakını hədələdi - MƏTN

Naxçıvana dron hücumundan sonra İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Telegram” kanalında Azərbaycanla bağlı paylaşım edilib.

Mar 5, 2026 - 16:11
Mar 5, 2026 - 16:13
SEPAH Naxçıvana hücumu boynuna aldı, Bakını hədələdi - MƏTN

SAVASHMEDİA.az xəbər verir ki, Naxçıvana dronun düşmə anının videosunu paylaşan SEPAH həddini aşaraq Azərbaycanı əsassız iddilarala ittiham edib və ultimatum göndərib.

“İran sizə mesaj göndərdi, cavab olaraq heç nə edə bilməyəcəksiniz. Qətər və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yaşadıqlarını yaşamaq istəmirsinizsə, sionistləri və amerikalıları ölkənizdən qovun. Əks halda cəzası ağır olacaq. Bu, sizə xəbərdarlıq idi. Ayətullah Xameneinin şəhadətindən sonra biz artıq heç bir qırmızı xətt tanımırıq”.

Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirilib. Dronlardan biri Muxtar Respublikanın Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. 

Hücumlar nəticəsində 4 nəfər xəsarət alıb. Hücumdan sonra İran səfiri Azərbaycan XİN-ə çağırılıb və ona nota təqdim edilib. İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi PUA hücumunu təkzib edib. İran Silahlı Qüvvələrinin Baş Qərargahı da bəyanat yayaraq, Azərbaycana pilotsuz uçuş aparatı göndərmədiklərini qeyd edib.

Banu