SEPAH Xameneinin yerini İsrailə deyən Qaanini saxladı - İstintaqa DEDİKLƏRİ

Fevralın 28-də ABŞ və İsrailin İrana birgə hücumu nəticəsində İranın Ali Rəhbəri Xamenei də daxil olmaqla ölkənin 49 yüksəkvəzifəli rəsmisi həlak olub. 

Mar 4, 2026 - 11:58
SEPAH Xameneinin yerini İsrailə deyən Qaanini saxladı - İstintaqa DEDİKLƏRİ

Həmin gün Xameneinin təşkil etdiyi iclasda iştirak edənlərdən yalnız Qüds Qüvvələrinin komandiri İsmayıl Qaani həmin yeri erkən tərk etdiyi üçün sağ qalıb. 

ABŞ və İsrail rəhbərliyinin Xameneinin olduğu yeri kəşfiyyat məlumatı nəticəsində əldə etdiklərini bildirməsindən sonra İsmayıl Qaani əsas şübhəli şəxs elan olunub.

SAVASHMEDİA.az xəbər verir ki, yayılan məlumatlara görə, SEPAH İsmayıl Qaanini MOSSAD agenti olması iddiasına əsasən saxlayıb. 

Qaani bu iddianı qəti şəkildə rədd edərək, prosesin sonunda həqiqətlər ortaya çıxacaq deyib.

Xatırladaq ki, Qaani bundan öncə də iki dəfə (məsələ ilə bağlı xəbərin linki https://savashmedia.az/xameneinin-yerini-yehudilere-o-deyib-satqin-dogrudanmi-odur) İsrail hücumundan sağ çıxıb. Həmin vaxt da onun MOSSAD agenti olması ilə bağlı iddialar yayılıb. Lakin həm İsmayıl Qaani, həm də İsrail kəşfiyyatı bu iddiaları təkzib edib.

Banu