"Sevilya" "Qarabağ"ın "vuran ayağı"nı apardı - Anlaşdılar, bu tarixdə gedir 

"Qarabağ"ın futbolçusu Juninyonun "Sevilya"ya transferi tamamlanmaq üzrədir.

Dec 28, 2024 - 19:11
"Sevilya" "Qarabağ"ın "vuran ayağı"nı apardı - Anlaşdılar, bu tarixdə gedir 

Bu barədə İspaniyanın "Ficherio" məlumat yayıb.

Bildirilib ki, artıq klublar arasında razılıq əldə olunub.

Braziliyalı hücumçunun La Liqa klubuna keçidi 3-3,5 milyon avroya başa gələcək.

Qeyd olunub ki, "Sevilya" Juninyonun transferi ilə bağlı "Qarabağ"la bəzi detallar istisna olmaqla anlaşıb.

28 yaşlı forvardın komandanın La Liqanın 20-ci turu çərçivəsində yanvarın 12-də "Valensiya" ilə keçirəcəyi oyuna qədər komandaya qoşulacağı bildirilir.

Juninyo