SOCAR bu il "Qalatasaray"a nə qədər pul xərcləyib? - AÇIQLANDI
İstanbulun “Qalatasaray” klubunun sponsorlardan illik gəliri müəyyənləşib.
SAVASHMEDİA.az xəbər verir ki, “sarı qırmızılılar” bu haqda İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) rəsmən hesabat verib.
Klubun 2024-cü ildə 25 milyon 850 min avro və 1 milyard 183 milyon 286 min türk lirəsi (bugünkü məzənnə ilə təqribən 50 milyon avro) gəliri olub.
İstanbul klubunun avro ilə ən çox gəlir qazandığı şirkətlər arasında SOCAR birinci yeri tutur - 15 milyon avro. “Puma” ikinci (5 milyon avro), “Türk Hava Yolları” 3-cü (2,5 milyon avro), “Arkham” isə 4-cüdür (1,9 milyon avro).
Türk lirəsi ilə ən çox gəlir isə “Rams” şirkətindən (245 milyon TL) olub.
Qeyd edək ki, SOCAR “Qalatasaray”ın Avropa kuboklarındakı matçlarında rəsmi titul - forma sponsorudur.