Slovakiya baş naziri Aİ-ni tənqid etdi 

“Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların səmərəsizliyini və ölkəni özünə itaət etməyə yönəlmiş strategiyanın uğursuzluğunu dərk edir”. 

Oct 30, 2024 - 13:53
Slovakiya baş naziri Aİ-ni tənqid etdi 

SAVASHMEDİA.az xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fitso “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” proqramına müsahibəsi zamanı bildirib.

“Bizim hamımız Aİ-də bilirik ki, sanksiyalar işləmir. Biz bunu yaxşı bilirik”, - deyə Fitso vurğulayıb.

Fitso vurğulayıb ki, Qərb münaqişənin başladığı 2022-ci ildə yaranmış vəziyyətə görə günahını etiraf etmək istəmir. O, əlavə edib ki, Aİ-də əvvəlcə vəziyyətdən Rusiyanı aşağılamaq üçün istifadə edə biləcəklərini düşünüblər, lakin bu strategiya gözləntiləri doğrultmayıb.

“Biz düşündük ki, aha, indi biz bu hərbi münaqişədən istifadə edib, Rusiyanı diz çökdürəcəyik, onu alçaldacağıq. Lakin bu strategiya nəticə vermədi”, - deyə Fitso əlavə edib.

Slovakiyalı baş nazir ilk gündən Rusiya, Ukrayna və ABŞ-nin masa arxasına oturaraq, münaqişənin həlli yollarını axtarmağa başlamasının tərəfdarı olduğunu qeyd edib və tərəfləri danışıqlara çağırıb.

Xatirə SADİQ