Sofiya GPS müdaxiləsini araşdırmayacaq – Bolqarıstanın baş naziri
Bolqarıstan Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin göyərtəsində olduğu təyyarənin GPS sisteminə müdaxilə məsələsini araşdırmayacaq.
SAVASHMEDİA.az bolqar KİV-nə istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın baş naziri Rosen Jelyazkov bildirib .
Bolqarıstan hökumətinin başçısı qeyd edib ki, insident hibrid və ya kiberhücum kimi nəzərdən keçirilmir.
Onun sözlərinə görə, müasir müharibənin aparılması üsullarından bəzilərinə radiotezlik spektrində müdaxiləni nəzərdə tutan radioelektron mübarizə daxildir. “Bu, son illərdə müharibə zonalarında müşahidə olunur”, - Jelyazkov bildirib.
Baş nazir vurğulayıb ki, GPS siqnallarına müdaxilə son vaxtlar Helsinkidən Qara dəniz, Yerevan, Tbilisi, Kipr, Suriya vasitəsilə Tripoliyə qədər qeydə alınıb: “Belə hadisələr hər gün baş verir”.
O, əlavə edib ki, Bolqarıstanda hava hərəkətinə nəzarətin protokola uyğun olaraq riayət etmədiyi heç bir şey yoxdur.
Xatirə SADİQ