Litva prezidentinin təyyarəsi saatlarla Vülnüs üzərində dövrə vurub
Litva prezidenti Gitanas Nausedanın göyərtəsində olduğu “Spartan” təyyarəsi bir müddət Vilnüs hava limanına enə bilməyib.
SAVASHMEDİA.az LRT-yə istinadən xəbər verir ki, bu barədə Litva prezidentinin mətbuat katibi Tomas Berzinskas bildirib.
Onun sözlərinə görə, buna səbəb naməlum dronun hava məkanında ola biləcəyinə dair məlumat olub.
Flightradar24-ün məlumatına görə, göyərtəsində Nauseda olan təyyarə Helsinkidən saat 19:10-da havaya qalxıb, sonradan Vülnüs üzərində dövrə vurub və 21:17-də Vilnüs hava limanında yerə enib.
“Biz Vilnüs Hava Limanına yaxınlaşarkən dronun aşkarlanması və enişin hələ də təhlükəli olduğu barədə məlumat aldıq. Pilotlar bütün təhlükəsizlik tədbirlərini gördülər və bir müddət sonra təyyarəni yerə endirdilər”, - deyə prezidentin mətbuat katibi vurğulayıb.
“Oro” naviqasiya şirkəti aydınlaşdırıb ki, Liepkalnis ərazisi üzərində pilotsuz uçuş aparatı ilə bağlı məlumat “Lietuvos oro uosta” Aviasiya Təhlükəsizliyi Xidmətindən daxil olub.
“Sonra təhlükəsizlik prosedurları aktivləşdirilib: uçuşlar qısa müddətə dayandırılıb, heç bir təhlükənin olmadığı barədə məlumat daxil olduqdan sonra hərəkət bərpa edilib. Biz digər xidmətlərlə birlikdə hansı dronun təyyarələrin hərəkətini pozduğunu müəyyənləşdiririk", - deyə şirkətin açıqlamasında bildirilir.
Xatırladaq ki, avqustun 31-də Bolqarıstana uçarkən Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin göyərtəsində olduğu təyyarənin GPS sistemi sıradan çıxarılıb. Sofiya bunun Rusiyanın müdaxiləsi ilə baş verdiyindən şübhələnirlər.
Xatirə SADİQ