Stoltenberq etiraf etdi - “Təqsir bizdədir”
NATO-nun keçmiş baş katibi Yens Stoltenberq etiraf edib ki, alyans daha qətiyyətli addımları ilə 2014-cü ildən sonra Kreml cilovlaya bilərdi.
SAVASHMEDİA.az "Новини.LIVE" nəşrinə istinadən xəbər verir ki, bunu Yens Stoltenberq təhlükəsizlik üzrə Varşava forumunda deyib.
Onun sözlərinə görə, müttəfiqlər “Rusiyanı təhrik etməkdən” çox qorxublar və 2020-ci ildə Ukrayna üçün snayper tüfənglərinin alınmasının müzakirəsindən belə imtina ediblər.
Onun fikrincə, belə mövqe Moskvanın hesablamalarını dəyişdi və genişmiqyaslı işğala yol açdı.
“Əgər biz daha çox iş görsəydik, ukraynalılara təlim keçsəydik, ilhaqın baş verdiyi 2014-cü ildən 2022-ci ilə qədər daha çox, o cümlədən öldürücü silahla təmin etsəydik, ukraynalılar özlərini daha yaxşı müdafiə edə bilərdi. Rusiya daha az ərazini işğal edərdi və ya təcavüzün qarşısı alınardı. Çünki Moskvanın hesablamaları fərqli olardı. Görürsünüzmü, ukraynalılar 2022-ci ilə qədər məhdud dəstək olsa belə, necə müdafiə olunurdu? Əgər onlara əhəmiyyətli dərəcədə daha çox silah versəydik, onlar təcavüzü cilovlaya bilərdilər”, - deyə NATO-nun keçmiş baş katibi vurğulayıb.
Xatirə SADİQ