Mask uzaqdan işləyir - Ağ Ev
ABŞ Hökumətinin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edən milyarder İlon Mask praktiki olaraq Ağ Evlə uzaqdan işləmək rejiminə keçib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ağ Ev əməkdaşları aparatının başçısı Syuzan Uayls “The New York Post” (NYP) nəşrinə müsahibəsində deyib.
“Onunla şəxsən görüşmək əvəzinə, telefonla danışıram. Amma nəticə eynidir. O, sadəcə, əvvəlki kimi fiziki cəhətdən tez-tez mövcud olmur”, - deyə Uayls vurğulayıb.
Aparat rəhbərinin sözlərinə görə, DOGE-də insanlar yaxşı işlər görürlər və detallara diqqət yetirirlər: “O [Mask] bir az kənara çəkiləcək, amma dəqiqdir ki, bu işi tərk etməyəcək. Və adamları da onu tərk etməyəcək”.
NYP qeyd edib ki, Mask mayın sonuna qədər DOGE-dəki vəzifəsini tərk etməyə hazırlaşır. Bundan sonra o, Ağ Evin qeyri-rəsmi məsləhətçisi olacaq.
Aprelin 23-də sahibkar ABŞ prezidenti Donald Trampın administrasiyasında iş vaxtını həftədə bir və ya iki günə endirəcəyin, diqqətini öz şirkətlərinə yönəldəcəyini bildirib. Bu, “Tesla” şirkətindəki mənfəətin 9% azalmasından sonra baş verib.
Xatirə SADİQ