"Sui-qəsdlər planlaşdırılıb, çevrilişə hazırlaşırlar" - Gürcüstan DTX-sindən TƏCİLİ AÇIQLAMA
"Gürcüstanda hakimiyyəti zorakılıqla ələ keçirməyə cəhdlər edilir"
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.
Qurumun yaydığı məlumatda iddia olunub ki, ölkədəki bəzi siyasi partiyalar və qeyri-hökumət təşkilatları bu məqsədlə koordinasiyalı fəaliyyətə keçib: "Onlar Gürcüstanın konstitusiya quruluşunu zorla dəyişdirmək üçün sui-qəsd və ya üsyan planlaşdırıblar"
Hazırda Tbilisidə və ölkənin digər iri şəhərlərində eyni anda aksiyalar başlayıb. Dünən gecə isə Tbilisinin mərkəzi küçəsi, Rustaveli prospektində etirazçılar polislə toqquşub. Hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə etməli olub. Küçə qarşıdurmaları nəticəsində 43 etirazçı və 32 hüquq-mühafizə orqanı əməkdaşı xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, müxalifətin etirazları noyabrın 28-də baş nazir İrakli Kobaxidzenin Gürcüstan hakimiyyətinin ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların 2028-ci ilə qədər gündəmə gətirməmək qərarına gəldiyini elan etdikdən sonra başlayıb.
Səlcuq