Surqutda 120 bıçaq zərbəsi ilə öldürülən azərbaycanlı iş adamının FOTOSU

Azərbaycanlı gənc iş adamı, Masallının Şatıroba kənd sakini Allahqulu Əlihüseyn oğlu Səfərov Rusiyanın Surqut şəhərində 120 bıçaq zərbəsiylə qətlə yetirilib. 

Feb 11, 2025 - 23:47
Surqutda 120 bıçaq zərbəsi ilə öldürülən azərbaycanlı iş adamının FOTOSU

O, uzun müddətdir Rusiyada yaşayırdı. 

Hadisəni 3 nəfər - İbrahim Məmmədli, Fərman Kərimzadə, Emil Əhmədov birgə törədib. Cinayətkarlar 2000-2001-ci il təvəllüdlü Azərbaycan vətəndaşları olub.

SAVASHMEDİA.az axar.az-a istinadən bildirir ki, atası ƏliHüseyn Səfərovun sözlərinə görə oğlunun 35 yaşı olub. Bir qız atası olan mərhum ailəli olub.

Allahqulu hadisəni törədən 3 nəfərlə idman zalında tanış olub. Hadisə pul üstündə baş verib.