Tanınmış biznesmen özünü otel otağında güllələdi - VƏZİYYƏTİ AĞIRDIR

Çeçenəsilli tanınmış iş adamı, keçmiş senator Umar Cəbrayilov Rusiyanın paytaxtı Moskvadakı otellərdən birində özünü güllələyib.

Mar 2, 2026 - 12:56
Tanınmış biznesmen özünü otel otağında güllələdi - VƏZİYYƏTİ AĞIRDIR

SAVASHMEDİA.az xəbər verir ki, biznesmen otel otağında yaralı vəziyyətdə tapılıb.  

Onun yanında tapança olub.

Ağır vəziyyətdə olan U.Cəbrayilov naməlum şəxs kimi xəstəxanaya yerləşdirilib. Onu yalnız gələn mühafizəçilər tanıyıblar.

Qeyd edək ki, çeçeəsilli rusiyalı iş adamı, dövlət xadimi və xeyriyyəçi Umar Cəbrayılov 28 iyun 1958-ci ildə Qroznı şəhərində anadan olub. 

O, Moskva Müasir İncəsənət Muzeyinin Qəyyumlar Şurasının sədri, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki, Rusiya Rəssamlar İttifaqının strateji və xüsusi layihələr üzrə vitse-prezidentidi idi. 

Ö.Cəbrayılov daha öncə 30 avqust 2017-ci ildə Cəbrayılov otağında şəxsi tapançası ilə atəş açdıqdan sonra xuliqanlıq ittihamı ilə Moskva Four Seasons otelində polis tərəfindən saxlanılmışdı. Həmin gün Rusiya polisi Cəbrayılovu yaşadığı ərazini tərk etməmək şərti ilə sərbəst buraxıb. 

27 oktyabr 2017-ci ildə Cəbrayılov məhkəmə tərəfindən Rusiya Federasiyasının İnzibati Məcəlləsinin 6.9-cu maddəsinin 1-ci bəndinə (həkim resepti olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin istifadəsi və ya yeni potensial təhlükəli psixoaktiv maddələrin istifadəsi) əsasən təqsirli bilinib.  22 noyabr 2017-ci ildə, Moskva Tverskoy Məhkəməsinin iclası zamanı, Cəbrayılov silah istifadə edərək xuliqanlıqda günahını etiraf edib. Nəticədə o, narkotik istifadəsinə görə cərimələnib və silahdan istifadə etməklə xuliqanlıqda təqsirli bilinib. 

O, 1 aprel 2020-ci ildə də intihara cəhd edib.