Sinif yoldaşını döyən həmin şagird elə görüntüsünü paylaşdı ki... - FOTO

Mayın 12-də 271 saylı tam orta məktəbdə IX sinif şagirdinin digər şagirdə qarşı zorakılıq etdiyinə dair görüntülər yayılıb.

May 16, 2026 - 01:26
Sinif yoldaşını döyən həmin şagird elə görüntüsünü paylaşdı ki... - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, məktəb yoldaşına qarşı zorakılıq edən Natiq adlı həmin şagird bu dəfə yeni paylaşımı ilə diqqət çəkib. 

Onun əlində bıçaqla çəkilmiş fotosu sosial şəbəkədə yayılıb və qısa zamanda geniş müzakirələrə səbəb olub.

Məlumata görə, məktəb rəhbərliyi yalnız görüntülər internetdə yayıldıqdan sonra vəziyyətdən xəbərdar olub. 

Hadisə ilə bağlı araşdırmanın aparılıb-aparılmadığı barədə isə hələlik rəsmi məlumat yoxdur. (milli)