TASS o yazıdan "Stepanakert" sözünü sildi, amma...

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) etirazından sonra Rusiya Federasiyasının TASS informasiya agentliyi iyulun 31-də dərc edilmiş “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbərin sərlövhəsində “Stenapakert” sözünü “Dağlıq Qarabağ” ifadəsi ilə əvəz edib.

Aug 1, 2025 - 01:45
TASS o yazıdan "Stepanakert" sözünü sildi, amma...

SAVASHMEDİA.az xəbər verir ki, Azərbaycanda nə “Stenapakert”, nə də “Dağlıq Qarabağ” adlı ərazi vahidləri mövcud deyildir. Ağdam, Ağdərə, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər inzibati rayonları və Xankəndi şəhəri Qarabağ iqtisadi rayonuna daxildir.

Qeyd edək ki, iyulun 29-u Xankəndidə erməniəsilli rusiyalı rəssam İvan Ayvazovskinin abidəsi sökülüb.
Bildirilib ki, abidənin sökülməsi ilə bağlı qərar 2023-cü ildə verilib.

İvan (Ovanes) Ayvazovskinin abidəsi 2021-ci ilin dekabrında erməni separatçıları və Rusiya sülhməramlıları tərəfindən “Rusiya Şöhrət xiyabanı” layihəsi çərçivəsində qanunsuz olaraq ucaldılıb.

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy və TASS informasiya agentliyi abidənin sökülməsinə etiraz ediblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Şvıdkoyun iddialarına cavab verib.