"Telefonuna kontur da yüklədik, indi başı qarışıqdır, dedi ki..." - Nəsimi Nəbizadə tapıldı
“Qurtuluş” Reablitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov tanınmış aparıcı Nəsimi Nəbizadə ilə əlaqə yarada bildiklərini deyib.
SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı yenisabah-a açıqlama verən Ceyhun Salmanov Nəsimi ilə danışdığını deyib:
“Nəsimi Nəbizadə evindədir. Dünən telefonla danışdıq. Bildirdi ki, qardaşının tutulması ilə bağlı başı qarışıqdır. Məsələ həllini tapdıqdan sonra gələcək. Telefonuna kontur da yüklədik. İnşallah tezliklə görüşəcəyik”.
Qeyd edək ki, Nəsimi Nəbizadə ötən ilin sentyabrında “Qurtuluş” Reablitasiya Mərkəzinə yerləşdirilmiş, yanvarın 6-da isə müalicədən imtina edərək mərkəzi tərk etmişd.
Aydan