Televiziya kanalına yeni rəhbər təyin olundu - AzTV sədrinin köməkçisinin dostudur

Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin tərkibində olan İdman kanalına yeni rəhbər təyin olunub.

Oct 10, 2024 - 16:19
Oct 10, 2024 - 19:08
Televiziya kanalına yeni rəhbər təyin olundu - AzTV sədrinin köməkçisinin dostudur

SAVASHMEDIA.az konkret.az-a istinadla xəbər verir ki, Mədəniyyət kanalının rejissoru Zaur Zeynal AzTV-də sədrin köməkçisi Həmidağa Əsədzadənin ən yaxın dostlarından biri hesab olunur.

Şou-biznes sahəsində ciddi əlaqələri olan şəxsin idman kanalına təyin olunması bir sıra suallar doğurur.

Qeyd edək ki, bundan bir neçə gün əvvəl kanalın direktoru Rövşən Binnətli işdən kənarlaşdırılmışdı.