"Təyyarələrimiz tezliklə Tehran səmasında görünəcək" - Netanyahu 

Benyamin Netanyahu İsrail Hərbi Hava Qüvvələrinin tezliklə Tehran səmasında görünəcəyini deyib.

Jun 14, 2025 - 19:12
"Təyyarələrimiz tezliklə Tehran səmasında görünəcək" - Netanyahu 

SAVASHMEDİA.az xəbər verir ki, o, Tehrandakı bütün hədəflərə dəqiq zərbələr endiriləcəyini bildirib:

“Yaxın vaxtlarda Tehran səmasında İsrail Hərbi Hava Qüvvələrinin təyyarələrini görəcəksiniz. Biz ayətullah rejiminin hər bir obyektinə və hər bir hədəfinə zərbə endirəcəyik”, - baş nazir xalqa videomüraciətində deyib.

Bu arada ISNA yerli hakimiyyət orqanlarına istinadən xəbər verib ki, iyunun 13-də İsrailin zərbələri zamanı Şərqi Azərbaycan əyalətində 30 əsgər və bir Qızıl Aypara əməkdaşı həlak olub.

Oğuz