"Təyyarəni Rusiya vurub" - ABŞ Dövlət Departamentinin rəsmisi  

"İlkin məlumatlar Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğramasına Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasının səbəb olduğunu göstərir".

Dec 26, 2024 - 22:32
"Təyyarəni Rusiya vurub" - ABŞ Dövlət Departamentinin rəsmisi  

APA "Agence France-Presse"yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən rəsmisi bildirib.

Yazıda qeyd edilib ki, ABŞ rəsmisinin şərhi Azərbaycan hökumət mənbələrinin təyyarənin qəzaya uğramasına Rusiya hava hücumundan müdafiə sisteminin səbəb olduğu barədə mətbuatda yayılan xəbərlərdən sonra gəlib.