Tibetdə ölənlərin sayı 95 nəfərə çatdı
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Bölgəsində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “CCTV” məlumat yayıb.
Məlumata görə, 130 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xatırladaq ki, Tibet Muxtar Bölgəsindəki Tinqri qəzasında saat 09:05-də 6,8 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidmətindən bildirilib ki, yeraltı təkanların episentri təxminən 800 min nəfər əhalisi olan Şiqatse şəhərindən 163 km aralıda olub.
Xatirə SADİQ