Tramp İranı vurmaq fikrindən VAZ KEÇDİ? - Şifrəli MESAJ

ABŞ Prezidenti Donald Tramp İranda qətllərin dayandırıldığını bəyan edib.

Jan 15, 2026 - 00:41
Tramp İranı vurmaq fikrindən VAZ KEÇDİ? - Şifrəli MESAJ

SAVASHMEDİA.az xəbər verir ki, Amerika lideri bunu Ağ Evdə sənədlərin imzalanma mərasimində deyib.

"Bizə məlumat verilib ki, İranda qətllər dayandırılır – onlar artıq dayanıb", - deyə o bildirib.

Tramp həmçinin bu məlumatı "hələ yoxlayacağını" qeyd edib.

Bundan əvvəl "Reuters" agentliyi mənbələrə istinadən xəbər vermişdi ki, regionda gərginliyin artması fonunda ABŞ növbəti sutka ərzində İrana zərbələr endirə bilər.

Bununla belə, Donald Trampın məlum açıqlaması onun mövqeyiondəki yumşalma kimi dəyərləndirilib. Bəzi analitiklər isə ABŞ-nin artıq İrana raket zərbələri endirmək fikrindən danışdığını düşünür. 

Qeyd edək ki, İranda dekabrın 28-də milli valyutanın qəfil kəskin dəyər itirməsindən sonra etirazlar başlayıb və o vaxtdan bəri ölkənin ən azı 46 şəhərini bürüyüb. Mövcud məlumatlara görə, uşaqlar da daxil olmaqla, yüzlərlə insan həlak olub, çox sayda insan yaralanıb.

Oğuz