Tramp İranla müharibəni bu tarixə qədər mütləq bitirməlidir - MARAQLI SƏBƏB
ABŞ Prezidenti Donald Tramp bugünkü açıqlamasında “İran əməliyyatı”ının 4-5 həftə ərzində yekunlaşacağını bildirib.
O həmçinin Tehranın danışıqlar yolu ilə Vaşinqtonu razı sala biləcəyi təqdirdə ABŞ ordusunun zərbələri dayandıra biləcəyini də qeyd edib. Tramp vurğulayıb ki, bu baş tutarsa, İran ABŞ və İsrailin iradəsinə tabe olacaq.
Bəs Trampın İrana hərbi əməliyyatları 4-5 həftə ərzində yekunlaşdırmaq istəyinin səbəbi nədir?
SAVASHMEDİA.az xəbər verir ki, ekspertlər bunun həm siyasi, həm də hərbi məhdudiyyətlərdən irəli gəldiyini bildirir.
Siyasi məhdudiyyət kimi, “Müharibə Səlahiyyətləri Qətnaməsi” göstərilir. Bu Qətnaməyə görə, ABŞ prezidentinin Konqresin təsdiqi olmadan yalnız iki ay hərbi əməliyyatlar aparmaq səlahiyyəti var.
Politoloqlar bildirir ki, hərbi məhdudiyyət isə təchizat məsələsi ilə bağlıdır. Çünki Pentaqon artıq raketdən müdafiə sursatı çatışmazlığı yaşayır. Hədəfləri İran hücumlarından qorumaq üçün də istifadə edilən “SM-3” raketlərinin (ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən ballistik raketləri ələ keçirmək üçün istifadə edilən gəmi əsaslı yer-hava raketi) təchizatı tükənmək üzrədir.
Məlumata görə, ABŞ ötən ilin yayındakı İran əməliyyatında da ciddi sursat itkisi ilə üzləşib. Məsələn, həmin vaxt İrana 150-dən çox THAAD raketi atılıb ki, sözügedən raketdən ildə yalnız 30 ədəd istehsal olunur.
Yəni İrana hücum əməliyyatı altı həftə və ya daha çox davam edərsə, bu, bölgədəki çox sayda ABŞ hərbi obyektinin və gəmisinin məhv edilməsinə gətirib çıxaracaq. Bu da öz növbəsində amerikalılar arasında narazılıq dalğası başladacaq və Trampın reytinqini kəskin şəkildə aşağı salacaq.
Səlcuq