Tramp Maskı xatırladı və... - "Qayıdacaq" dedi

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, milyarder İlon Mask sonda respublikaçıların sırasına qayıdacaq.

Sep 4, 2025 - 00:39
Tramp Maskı xatırladı və... - "Qayıdacaq" dedi

SAVASHMEDİA.az xəbər verir ki, Amerika lideri yerli radioya müsahibəsində Maskın Respublikaçılar Partiyasına qayıtma ehtimalı ilə bağlı suala cavabında deyib:

“Düşünürəm ki, onun başqa seçimi yoxdur. O, sağlam düşüncəli, yaxşı insandır. O, qəsdən səhv etdi"

Tramp etiraf edib ki, həmişə Maskdan xoşu gəlib: "O, yaxşı insandır, onun 80%-i super dahidir, 20%-i isə problemlidir".

Qeyd edək ki, Mask hökumət xidmətini tərk etdikdən sonra Trampla qarşıdurmada olub. İş adamı bildirib ki, onun dəstəyi olmasaydı, ABŞ administrasiyasının rəhbəri 2024-cü ilin noyabrında keçirilən seçkilərdə qalib gələ bilməzdi.

Tramp isə Maskı dəli adlandırmışdı.

Aytən