"Tramp planının baş tutmasına imkan verməyəcəyik" - Ərdoğan

İslam ölkələri ABŞ prezidenti Donald Trampın Qəzza sakinlərinin zorla köçürülməsi planının həyata keçirilməsinə imkan verməyəcək. 

Feb 13, 2025 - 22:08
"Tramp planının baş tutmasına imkan verməyəcəyik" - Ərdoğan

SAVASHMEDİA.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İslam dünyası heç vaxt Trampın planını təsdiqləməyəcək. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) buna qarşı çıxacaq. Trampın Netanyahu ilə razılaşmasını dünya sülhü üçün əsas təhlükə kimi görürəm. Qəzza fələstinlilərindir, heç kimin Qəzzanı onların əlindən almağa haqqı yoxdur". 

Fevralın 4-də Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında  Qəzza sakinlərinin başqa ölkələrə köçürülməsinin tərəfdarı olduğunu deyib.

O, köçürülmənin bütün xərclərini ödəyə biləcəyini bildirib. 

Səlcuq