Tramp Putinin nazı ilə oynamaq fikrində deyil - Aprelin sonuna kimi vaxt verdi
ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsini bitirmək üçün rusiyalı həmkarına bu ayın sonuna qədər vaxt verib.
SAVASHMEDİA.az xarici mediaya istinadən xəbər verir ki, Vaşinqton Ukrayna ilə bağlı danışıqlar üçün aprel ayının sonunu şərti son tarix kimi nəzərdən keçirir və bu müddətə qədər Kremldən atəşkəs qərarı gözləyir.
Bildirilib ki, əgər ayın sonuna qədər prezident Vladimir Putin atəşkəsə razılaşmasa, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır.
Qeyd olunur ki, bunlar həm Trampın icra fərmanı çərçivəsində sanksiyalar, həm də konqres tərəfindən qəbul edilmiş qanun səviyyəsində təsbit edilmiş sanksiyalar ola bilər.
Səlcuq