Tramp tariflərinə Pekindən sərt reaksiya - “Ləğv edin, yoxsa…”

Çinin Ticarət Nazirliyi ABŞ-ni tarifləri dərhal ləğv etməyə çağırıb və Vaşinqtonu cavab tədbirləri ilə hədələyib.

Apr 3, 2025 - 14:20
Tramp tariflərinə Pekindən sərt reaksiya - “Ləğv edin, yoxsa…”

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Nazirlikdən bildirilib ki, ABŞ-nin hərəkətləri çoxtərəfli ticarət danışıqlarında illər ərzində əldə edilən maraqlar balansına məhəl qoymamaqdır. 

“Çin buna qəti şəkildə qarşı çıxır və öz hüquq və maraqlarını qorumaq üçün əks-tədbirlər görəcək”, - deyə nazirlik diqqətə çatdırıb.

Xatirə SADİQ