Trampdan Baydenin oğlunu əfv etməsinə reaksiya - "Sui-istifadədir"

Donald Tramp getməkdə olan prezident Co Baydenin öz oğlunu əfv etmək qərarını “hakimiyyətdən yolverilməz sui-istifadə” adlandırıb.

Dec 2, 2024 - 10:34
Trampdan Baydenin oğlunu əfv etməsinə reaksiya - "Sui-istifadədir"

SAVASHMEDİA.az-ın məlumatına görə, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb. 

“Co Hanterin əfvi bir neçə ildir həbsdə olan “6 Yanvar girovları” adlandırdığım şəxsləri əhatə edirmi? Bu, yolverilməz sui-istifadə və ədalətin pozulmasıdır!”

Xatırladaq ki, Tramp “6 yanvar girovlar”ı dedikdə, Co Baydenin seçilməsindən sonra 6 yanvar 2021-ci ildə Kapitoliyə basqın edənləri nəzərdə tutur. Tramp və tərəfdarları onları siyasi məhbus hesab edir və bir çoxlarının ədalətsiz şəkildə mühakimə olunduğunu iddia edirlər.

Xatirə SADİQ