“Trampın belə metodlardan xoşu gəlir” – Peskov 

“Rusiya ABŞ prezidenti Donald Trampın sanksiyalar və tarif artımı təhdidlərində yeni heç nə görmür”. 

Jan 23, 2025 - 11:12
Jan 23, 2025 - 11:13
“Trampın belə metodlardan xoşu gəlir” – Peskov 

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib. 

Onun sözlərinə görə, Tramp ilk prezidentlik müddətində də belə metodlara əl atırdı. 

“Biz burada hansısa xüsusi yeni element görmürük. Bilirsiniz ki, Tramp prezidentliyinin ilk iterasiyasında ən çox sanksiya metodlarına əl atan Amerika prezidenti olub. Onun bu metodlardan xoşu gəlir, ən azından birinci prezidentliyi dövründə onları bəyənirdi. Amma biz, əlbəttə, bütün ritorikanı, bütün bəyanatları çox diqqətlə izləyirik. Biz bütün nüansları diqqətlə qeyd edirik”, - deyə Kremlin sözçüsü vurğulayıb. 

Peskov qeyd edib ki, Rusiya Trampın birinci dövründə iki prezident arasında mövcud olmuş bərabərhüquqlu və qarşılıqlı hörmət əsasındakı dialoqa hazırdır. 

“Biz siqnalları gözləyirik, onlar hələ daxil olmayıb”, - deyə Peskov əlavə edib. 

Xatirə SADİQ