Trampın həyat yoldaşı Ağ Evdə yaşamaqdan imtina etdi - SƏBƏB
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp Ağ Evdə yaşamağı planlaşdırmır.
Publika.az xəbər verir ki, bu barədə "CNN" bildirib.
Gələcək birinci xanımın bu qərarının oğlu ilə əlaqəli olduğu qeyd edilir.
Belə ki, Melaniya Tramp Nyu-York Universitetində təhsil alan oğlu Barronun yanında olmaq üçün vaxtının çox hissəsini Nyu-York və Palm-Biçdə keçirmək istəyir.