Trampın maraqlı heykəli ucaldıldı - Vaşiqtonda  

Federal Ehtiyat Sisteminin faiz qərarını endirməsi münasibətilə ABŞ Konqresi binasının yaxınlığında əlində bitkoin tutan Trampın nəhəng heykəli ucaldılıb.

Sep 18, 2025 - 13:18
Trampın maraqlı heykəli ucaldıldı - Vaşiqtonda  

SAVASHMEDİA.az bu barədə WJLA portalına istinadən xəbər verir.

Məlumata görə, ABŞ prezidentinin 3,7 m hündürlükdə olan installyasiyası müvəqqəti quraşdırılıb.  

“Bu installyasiya dövlət valyutasının gələcəyi ilə bağlı müzakirələrə səbəb olmaq məqsədi daşıyır və müasir siyasətlə maliyyə innovasiyası arasındakı əlaqəni rəmzləşdirir. Ümid edirik ki, bu abidə kriptovalyutanın artan təsiri haqqında düşünməyə sövq edəcək, çünki Federal Ehtiyat Sistemi iqtisadi siyasəti formalaşdırır”, - deyə abidəni maliyyələşdirən kriptoinvestorlar cəmiyyətinin nümayəndəsi Hiçem Zaqdudi bildirib.

Xatirə SADİQ