Trampın şalvarı müzakirələrə səbəb oldu - Sidik kateterindən istifadə edir? + FOTO
ABŞ Prezidenti Donald Trampın səhhəti sosial şəbəkədə yenidən gündəm olub.
SAVASHMEDİA.az xəbər verir ki, Ağ Evdəki tədbirdən çəkilən fotolarda Trampın şalvarının arxasındakı qabarıqlıq diqqəti cəlb edib.
Trampın sidik kateterindən istifadə etdiyi iddia edilib. Sosial şəbəkə istifadəçiləri bunu Donald Trampın demans xəstəsi olması ilə əlaqələndiriblər.
Qeyd edək ki, demans beyin hüceyrələrinin zədələnməsi nəticəsində yaddaş, düşünmə, danışma, qiymətləndirmə və davranışlarda əsaslı problemlərə səbəb olan xəstəlikdir. Bu xəstəlik nəticəsində beyin funksiyaları tədricən itirilir və insan gündəlik həyatda çətinliklər yaşayır.
Banu