Ər arvadın sümüyünü sındırmadan döyə bilər - Dünyanı şoka salan 7 şəriət qaydası

Əfqanıstanda "Taliban" rəhbərliyinin 2026-cı ilin əvvəlində qəbul etdiyi yeni cinayət qanunvericiliyi son günlər beynəlxalq mediada yenidən müzakirə olunur. 

Jul 31, 2026 - 20:57
Ər arvadın sümüyünü sındırmadan döyə bilər - Dünyanı şoka salan 7 şəriət qaydası

SAVASHMEDİA.az xatırladır ki, Ali lider Heybətulla Axundzadənin təsdiqlədiyi qaydalar özündə qadınların hüquqları, ictimai davranış və cəza mexanizmləri ilə bağlı bir sıra sərt tələbləri əks etdirir.

Beynəlxalq aləmdə böyük təəccüb və tənqidlərə səbəb olmuş həmin 7 qaydanı tətbiq edirik. Beləliklə...

1. Ər tərəfindən qadına qarşı zorakılıq yalnız sümük sınığı və ya açıq yara kimi ağır xəsarətlərlə nəticələndiyi halda cinayət hesab olunur.

2. Qadınlar ərinin razılığı olmadan valideyn evinə gedərsə, hətta bunu ailədaxili zorakılıqdan yayınmaq məqsədilə etsələr belə, 3 aya qədər azadlıqdan məhrum edilə bilərlər.

3. Qadınların üzlərini tam örtməsi tələb olunur, yaxın qohumu olmayan kişilərin yanında danışmalarına isə ciddi məhdudiyyətlər qoyulur.

4. Rəqs etmək və musiqi ifa etmək cinayət əməli kimi qiymətləndirilir.

5. "Taliban" hakimiyyətinin qərarlarını açıq şəkildə tənqid edən şəxslər məsuliyyətə cəlb olunurlar.

6. Qanuna əsasən, Əfqanıstan cəmiyyəti din alimləri, elita, orta təbəqə və aşağı təbəqə olmaqla dörd qrupa bölünür.

7. Cəzaların tətbiqində sosial status nəzərə alınır. Belə ki, din xadimləri və elita nümayəndələri bəzi hallarda yalnız xəbərdarlıq alarkən, orta və aşağı təbəqədən olan şəxslər üçün həbs və fiziki cəza nəzərdə tutulur.

Yeni qanunvericilik beynəlxalq insan hüquqları təşkilatları tərəfindən kəskin tənqid edilir. 

Oğuz