Tramvay mağazaya girdi – Osloda
Norveç paytaxtının mərkəzində tramvay relsdən çıxaraq mağazaya girib, qəza nəticəsində ölən olmayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “NRK” məlumat yayıb.
Yol-nəqliyyat hadisəsi günorta saatlarında şəhərin tarixi mərkəzi olan Storqata küçəsində baş verib. Sərnişinlə dolu olan tramvay relsdən çıxıb və birinci vaqonu yaxınlıqdakı binaya – mağazanın ərazisinə daxil olub.
Hadisə yerinə dərhal fövqəladə hallar xidməti gəlib. Belə izdihamlı küçədə piyadalardan birinin tramvayın altına düşə biləcəyi qorxusuna baxmayaraq, yoxlama göstərib ki, onun təkərləri altında heç kim həlak olmayıb. Mağazanın içərisində də ölən olmayıb.
Zərərçəkmiş binadan insanlar təxliyyə edilib, küçənin bir neçə məhəlləsi bağlanıb.
Qəza nəticəsində 4 şəxs, o cümlədən tramvay sürücüsü xəsarət alıb.
Xatirə SADİQ