“Trapmla bu barədə danışmışıq” - Zelenski təsdiqlədi

Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla ölkəsini uzaqmənzilli raket sistemləri ilə təmin etmək imkanları barədə danışdığını təsdiqləyib.

Oct 2, 2025 - 12:53
“Trapmla bu barədə danışmışıq” - Zelenski təsdiqlədi

SAVASHMEDİA.az Ukrayna prezident ofisinə istinadən xəbər verir ki, bu barədə Zelenski bu gün keçiriləcək Avropa Siyasi İttifaqının VII sammiti öncəsi media ilə ünsiyyəti zamanı deyib.

“Biz ABŞ ilə danışdıq. Bu dialoqa görə prezident Trampa çox minnətdarıq. Keçən dəfə bizim həqiqətən çox məhsuldar dialoqumuz oldu. Biz uzun mənzilli silah sistemləri haqqında danışdıq”, - deyə Zelenski vurğulayıb. 

Zelenskinin sözlərinə görə, hələlik bu məsələ ilə bağlı hansısa qərar yoxdur. “Görəcəyik. Hər şey onun (Trampın – red.) qərarından asılı olacaq. Bu vacibdir”, - deyə Ukrayna prezidenti yekunlaşdırıb.

Xatirə SADİQ