Bu zərbələr üçün Ukraynaya kəşfiyyat məlumatı ötürüləcək
ABŞ Rusiyanın enerji infrastrukturuna uzaqmənzilli raket zərbələri endirmək üçün Ukraynanı kəşfiyyat məlumatları ilə təmin edəcək.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazıb.
Amerikalı məmurlar arasında mənbələrinə istinadən nəşr qeyd edir ki, Tramp administrasiyası Kiyevi Rusiyada daha çox hədəfi vurmağa imkan verəcək uzaqmənzilli silahlarla təmin etməyi düşündüyündən bu addımı atacaq.
Amerika məmurları NATO üzrə müttəfiqlərindən də Ukraynaya analoji dəstək vermələrini xahiş ediblər.
Birləşmiş Ştatlar artıq çoxdan Kiyevlə kəşfiyyat məlumatlarını bölüşür. Lakin çərşənbə günü hesabatında deyilib ki, yeni tətbiqlər sayəsində Ukraynaya neft emalı zavodlarını, boru kəmərlərini, elektrik stansiyalarını və digər infrastrukturu vurmaq daha asan olacaq. Bu isə Kremli gəlir və neftdən məhrum etmək məqsədinə xidmət edir.
Xatirə SADİQ