Ali Məhkəmə Polşanın yeni prezidentinin qələbəsini təsdiqlədi
Polşa Ali Məhkəməsi prezident seçkilərində Karol Navrotskinin qələbəsini təsdiqləyib.
SAVASHMEDİA.az Polşa KİV-nə istinadən xəbər verir ki, Ali Məhkəmənin Fövqəladə Nəzarət və İctimaiyyətlə Əlaqələr Palatası prezident seçkilərinin nəticələrini etibarlı hesab edib.
Bundan əvvəl Polşa Ali Məhkəməsi bəzi seçki məntəqələrində qeydə alınan pozuntulara görə bəzi seçki komissiyalarının verdiyi səslərin yenidən hesablanmasına icazə vermişdi. Lakin səslərin yenidən sayılması seçkilərin yekun nəticələrinə təsir etməyib.
Polşada keçirilən prezident seçkilərində mühafizəkarların namizəd Karol Navrotski 50,89% səs toplayaraq qalib gəlib. Onun liberal rəqibi Rafal Tşaskovski isə 49,11% səs toplayıb.
Xatirə SADİQ