Acun Ilıcalı hakim qarşısına çıxarıldı - "Kədərli gündür"
Türkiyənin məşhur iş adamı, aparıcı Acun Ilıcalı bu gün hakim qarşısına çıxarılıb.
SAVASHMEDİA.az xəbər verir ki, Ilıcalı sahibi olduğu TV8 televiziya kanalı və “Exxen” rəqəmsal platformasında “qanunsuz mərc oyunları reklam edərək insanları həvəsləndirmə” iddiası ilə mühakimə olunur.
İstanbul 25-ci Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Acun Ilıcalı da daxil olmaqla TV8 və “Exxen”in 8 məsul şəxsi üçün 5 il 3 ay həbs cəzası tələb edilib.
İş adamı məhkəmədə verdiyi ifadədə aylıq qazancının 5 milyon lirə olduğunu bildirib:
“Aylardır niyə məhkəməyə verildiyimi anlamağa çalışıram. Bu yayımlar 8-10 ildir ölkəmizdə var. Yayımlanan matçlara yayımçının müdaxilə etmək şansı yoxdur. Bizim kimi bu matçları yayımlayan 6-7 kanal daha var. Ancaq sadəcə biz məhkəmədəyik. Ömrümdə ilk dəfədir ki, ittiham olunuram. Buna görə özümü çox pis hiss edirəm. Bizim UEFA-ya müdaxilə etmək şansımız yoxdur. Oradakı federasiya reklamlar alıb, biz ancaq yayım borcumuzu yerinə yetirmişik. Bizi heç bir günahımız və ya marağımız olmayan bir mövzuda ittiham edirlər. Həyatta heç vaxt səhv etməmişəm deyə bilmərəm. Təhlükəsizlik kəməri taxmadığım vaxtlar da olub, qaydaları pozduğuma görə cərimələnməyim də. Ancaq “həyatda ən günahsız olduğunuz mövzu nədir?” deyə soruşsanız bu məsələni deyərəm. Bu gün bizim üçün kədərli gündür, burada olmaq heç xoş deyil, lakin ədalətə inanırıq. Günahımız yoxdur və bəraət alacağımıza əminik”.
Qeyd edək ki, məhkəmə prosesi 25 noyabra ertələnib.
Banu