Rusiyadan Azərbaycana çağırış - "Etiraz edirik"
“Rusiya ilə Azərbaycanın ikitərəfli münasibətlərinin qəsdən pozulması ilə bağlı Azərbaycan səfirinə kəskin etiraz edilib”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzinin Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşü zamanı Moskva Azərbaycan təhlükəsizlik qüvvələrinin Rusiya vətəndaşlarına qarşı hərəkətlərinə etirazını bildirib.
“Yerli mediada saxtakarlıqlar görürük. Bunun qəsdən təşkil olunmuş kütləvi kampaniya olduğuna hələlik əminlik yoxdur. Ola bilsin ki, materiallar isteriya alovunda hazırlanır”, - deyə Zaxarova iddia edib.
Onun sözlərinə görə, Rusiya tərəfi həm də Azərbaycan təhlükəsizlik qüvvələrinin Rusiya vətəndaşlarına qarşı hərəkətlərinə etirazını bildirib.
Zaxarova nəzərə çatdırıb ki, Rusiya iki ölkə arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaytarmaq üçün Azərbaycanı tədbirlər görməyə çağırır.
“Biz, əlbəttə ki, Azərbaycan tərəfini dövlətlərarası münasibətlərin rəsmi sənədlərdə təsbit olunmuş səviyyəsinə qaytarmaq üçün tədbirlər görməyə çağırırıq. Xatırladım ki, bu, strateji müttəfiqlik səviyyəsidir”, - XİN sözçüsü əlavə edib.
Xatirə SADİQ