Gürcüstanın keçmiş prezidenti Avropaya səsləndi – “Köhnə qanunları unudun…”

“Xarici agentlər haqqında qanuna reaksiya vermək məqsədilə diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılması qərarı müəyyən dərəcədə qeyri-adidir”.

Jan 28, 2025 - 07:16
Gürcüstanın keçmiş prezidenti Avropaya səsləndi – “Köhnə qanunları unudun…”

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Salome Zurabişvili X sosial platformasında yazıb.

“Ondan [qanundan] sonra Gürcüstan ən pisini yaşadı: oğurlanmış seçkilər, Avropa yolunun dayandırılması, kütləvi etirazlar, zorakı repressiyalar. Köhnə qanunları unudun, yeni seçkilərin təyin edilməsini tələb edin!”, - deyə Zurabişvili avropalı siyasətçilərə müraciət edib. 

Xatırladaq ki, dünən Avropa İttifaqı Şurası Gürcüstanın diplomatik və xidməti/rəsmi pasport sahibləri üçün vizasız rejimin dayandırılması barədə qərar qəbul edib.

Xatirə SADİQ