Rusiya Ermənistan mallarını sərhəddən geri qaytardı
Rusiyaya gedən yüzlərlə erməni yük maşını sanitariya problemlərinə görə Ermənistana qaytarılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, gavalı, şaftalı və üzüm daşıyan Ermənistan maşınları Gürcüstanla sərhəddən Rusiyaya buraxılmayıb.
Təsərrüfat məhsulları ilə yüklənmiş maşınlar "Yuxarı Lars" keçid məntəqəsindən geri qayıdıb.
Ermənistandan Rusiyaya gedən digər yüklər, xüsusən də tikinti materialları daşıyan avtomobillər də hərtərəfli baxışdan keçirilir.