Türkiyə boğazlardan keçidin rüsumunu artırdı
Türkiyə iyulun 1-dən gəmilərin Bosfor (İstanbul) və Dardanel (Çanaqqala) boğazından keçməsi üçün rüsumları 15 faiz artırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat yayıb.
Türkiyə boğazlarından keçidin qiyməti “qızıl frank” üçün 5 dollar 83 sent təşkil edəcək.
Nəqliyyat və İnfrastruktur naziri Əbdülkadir Uraloğlu qeyd edib ki, toplanan vəsait monitorinq sistemlərinin modernləşdirilməsi və naviqasiya təhlükəsizliyinin artırılması üçün istifadə olunacaq.
Nazirin sözlərinə görə, Bosfor və Dardanel boğazları dünyanın ən təhlükəli boğazları sırasındadır, infrastrukturun isə davamlı olaraq təkmilləşdirilməsi hökumətin əsas prioritetidir.
Qeyd edək ki, 2022-ci ilə qədər ödəniş təxminən qırx il ərzində dəyişməz qaldı. Lakin o zamandan bəri Türkiyə inflyasiya və əməliyyat amillərini nəzərə alaraq tarifə hər il yenidən baxır.
2024-cü ildə boğazlardan 51 058 gəmi keçib və ümumilikdə 227 milyon 400 min dollar ödəyib.
Xatirə SADİQ