“Türkiyə buna etiraz etmir, amma…” - Hakan Fidan
“Türkiyə Ukraynanın NATO-ya üzv olmasına etiraz etmir, lakin bu məsələyə realist yanaşmağın tərəfdarıdır”.
SAVASHMEDİA.az xəbər verir ki, bu fikri Türkiyənin xarici işlər naziri Hakan Fidan müsahibəsində deyib. Türkiyə Xarici İşlər Nazirliyi (XİN) həmin müsahibəni yayıb.
“Amma biz çox realist olmalıyıq, çünki açıq şəkildə bildirmişik ki, biz Ukraynanın NATO-ya üzv olmasının tərəfdarıyıq. Bu, prezidentimiz Rəcəb Tayyib Ərdoğanın bəyanatı idi, ona görə də bizim rəsmi mövqeyimiz budur”, - deyə XİN başçısı bildirib.
Tramp administrasiyasının ABŞ-nin Ukraynanın üzvlüyü ilə bağlı mövqeyini dəyişdiyi ilə bağlı suala Fidan belə cavab verib: “Mən əmin deyiləm ki, əvvəlki administrasiya da Ukraynanın NATO-ya daxil olmasının tərəfdarı olub. Ona görə də hesab edirəm ki, bununla bağlı yeni siyasət yoxdur”.
Onun sözlərinə görə, Türkiyə, avropalı tərəfdaşlar və Ukrayna məmurları arasında bu ölkənin NATO-ya üzv olmaq ambisiyalarına dair müzakirələr davam edir.
“Ukraynalılar NATO-ya üzvlük üçün müraciət edirlər, lakin NATO üzvü olmaq xatirinə deyil. Onlar sadəcə öz ölkələrinin təhlükəsizliyinə təminat görmək istəyirlər.
Düşünürəm ki, hazırda müharibənin yenidən başlanmasının qarşısını almaq üçün təhlükəsizlik təminatı danışıqlarda müzakirə etdiyimiz əsas məsələlərdən biridir. Bəli, ukraynalılar xüsusilə təmas xətti boyunca yerləşdirmək üçün böyük beynəlxalq koalisiyanın yaradılması deyilsə, NATO-ya üzvlüyünü görmək istəyirlər, yoxsa rusların təminat və təhlükəsizliklə bağlı başqa fikirləri ola bilər. Bunlar alternativ ssenarilərlə müzakirə etdiyimiz məsələlərdir", - deyə nazir əlavə edib.
Xatirə SADİQ