Türkiyədə bu gün baş verən F-16 qəzasında şəhid olan pilotun FOTOSU
Türkiyədə hərbi təyyarənin qəzaya uğraması nəticəsində pilot, mayor İbrahim Bolat şəhid olub.
SAVASHMEDİA.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi şəhid pilotun fotosunu yayıb.
Xatırladaq ki, Balıkesir 9-cu Əsas Reaktiv Baza komandanlığından missiya üçün havaya qalxan F-16 qırıcısı saat 00:50 (Türkiyə vaxtı ilə) radələrində qəzaya düşüb.
İlkin araşdırmalar pilotun vertiqo (şiddətli başgicəllənmə və tarazlıq hissinin pozulması) xəstəsi olduğunu və qəzanın bu səbəbdən baş verdiyini göstərib. Qəza ilə bağlı araşdırma davam edir.
Banu