Türkiyədə məşhur müğənninin qardaşı cəzalandırıldı - Futbol mərcinə görə + FOTOLAR

Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı cəzalandırılan futbolçulardan biri məşhur müğənninin qardaşı imiş.

Nov 19, 2025 - 18:12
Türkiyədə məşhur müğənninin qardaşı cəzalandırıldı - Futbol mərcinə görə + FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) müğənni İrem Dericinin qardaşı Rüzgar Derici barədə qərar verib.

TFF-nin yaydığı məlumatda bildirilir:

“Rüzgar Dericinin qanunsuz mərc oyunlarına görə Futbol İntizam Təlimatının (FDT) 57/2-ci maddəsinə əsasən, 12 aylıq futboldan kənarlaşdırılmasına qərar verilib”.

Qeyd edək ki, 20 yaşlı Rüzgar Derici “Kırklarelispor”da çıxış edir.

Banu

Fotoda: Rüzgar Derici

Fotoda: İrem Derici