“Qalatasaray” Mourinyo ilə bağlı bəyanat yaydı

“Qalatasaray” klubu Joze Mourinyonun hərəkətini pisləyən bəyanat yayıb.

Apr 5, 2025 - 01:25
“Qalatasaray” Mourinyo ilə bağlı bəyanat yaydı

SAVASHMEDİA.az xəbər verir ki, Qalatasaray”ın bəyanatında deyilir:

“Türk futboluna töhfə vermək ümidi ilə gələn məşqçinin ölkəmizin futboluna vurduğu ziyan son 8 ayda uçqun kimi böyüyür.

Futbol aləmində bu cür nalayiq hərəkətləri ilə tanınan bu adam üzr istəmək əvəzinə türk futbolsevərlərinin ələ salınması kimi görünən açıqlamaya cavab vermək zərurəti ilə üz-üzə qaldığımız üçün təəssüflənirik.

Dünən bizə mühazirə oxumağa çalışanların düşdüyü acınacaqlı vəziyyətə kədərlə baxırıq. Bir daha onlar və türk futbolu üçün utanırıq”.

Xatırladaq ki, “Fənərbaxça”nın baş məşqçisi Türkiyə kubokunda keçirilən oyundan sonra həmkarı Okan Burukun burnundan yapışmışdı. Ardınca “Fənərbağça” portuqaliyalı mütəxəssisin təxribata məruz qaldığını qeyd etmişdi.