Türkiyədə məşhur rok qrupunun bütün üzvləri həbs edildi – Dinə görə... + FOTO

Türkiyədə məşhurlaşan “Sarinvomit” rok qrupunun bütün üzvləri həbs edilib.

Sep 16, 2025 - 17:07
Türkiyədə məşhur rok qrupunun bütün üzvləri həbs edildi – Dinə görə... + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb qrupun mahnılarında dini dəyərləri təhqir etməsidir.

Məlumata görə, Anadolu Baş Prokurorluğu mahnı sözlərində və  səhnə dizaynlarında dini dəyərləri təhqir etdiyi müəyyən edilən rok qrupu üzvləri BS, Ç.Y., GK, İ.AK və KRÇ haqqında istintaq başladıb.

İstintaq çərçivəsində saxlanılan şübhəlilərin işi polis bölməsində aparılan əməliyyat tədbirlərinin ardınca məhkəməyə göndərilib. Prokuror tərəfindən dindirilərkən şübhəlilər mahnılarla və sosial şəbəkələrdəki paylaşımlarla heç bir əlaqələrinin olmadığını bildiriblər. Onlar sadəcə musiqiçi olduqlarını qeyd ediblər.

“Sarinvomit” rok qrupunun bütün üzvləri  çıxarıldıqları məhkəmə iclasında "ictimaiyyəti kin və düşmənçiliyə sövq etmək və təhqir etmək" ittihamı ilə həbs ediliblər.

Banu

Fotoda: Sarinvomit